Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Aliye" serialı ilə tanıdığımız Sanem Çeliki son dəfə 2019-cu ildə yayımlanan "Bir Litre Gözyaşı" dizisində izləmişdik. Uzun müddətdir televiziya ekranlarından uzaq qalan məşhur aktrisa, indi ATV-nin çox gözlənilən "Aşk və Gözyaşı" serialı ilə geri dönür.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, roluna hazırlıq çərçivəsində diqqətçəkən bir imic dəyişikliyinə gedən Sanem Çelik, yeni görünüşü ilə tamaşaçıların böyük marağına səbəb olub. Usta aktrisa, "Kara Melek" və "Aliye" serialları ilə yaddaşlara həkk olunmuşdu. Onun yeni layihə üçün etdiyi bu dəyişiklik həm pərəstişkarları, həm də serialı həyəcanla gözləyən izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
Baş rollarını Hande Erçel (Meyra) və Barış Arduç (Selim)un paylaşdığı "Aşk və Gözyaşı" ilə ekranlara dönən Sanem Çelik, qısacıq saçları ilə yeni imicində tamaşaçıları valeh edib.
Hande Erçel və Barış Arduç'u üçüncü dəfə bir araya gətirən "Aşk və Gözyaşı" serialı 12 sentyabrda ATV-də yayımlanacaq.Lalə Qüdrətova
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.