AZ

U-19-un 2-ci qələbəsi

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində ikinci oyununu keçirib. Dünən ölkəmizin U-19 təmsilçiləri Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş Elxan Abdullayevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində qolları 25-ci dəqiqədə Rauf Qafarov və 57-ci dəqiqədə Eltun Babazadə (penalti) vurublar.

Qeyd edək ki, beynəlxalq turnir çərçivəsində ilk oyununda İslandiya yığmasını 2:1 hesabı ilə məğlub edən U-19 növbəti matçını sentyabrın 9-da Polşa seçməsinə qarşı keçirəcək.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
2
1
xalqqazeti.az

10Mənbələr