AZ

Rusiya ukraynalılara gecə dəhşəti yaratdı: Xeyli sayda ölən və xəsarət alan var - FOTO

Rusiya ordusu Kiyev də daxil olmaqla, Ukraynanın bir çox ərazilərinə gecə hücumu həyata keçirib.Kiyevdə ən çox zərər çəkən rayonlar Svyatoşin və Darnitsa olub.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

Mənbə qeyd edir ki, Svyatoşin rayonunda pilotsuz uçuş aparatının yaşayış binasına zərbəsi nəticəsində 8-ci mərtəbədən 4-cü mərtəbəyədək olan hissə çöküb.

Paytaxtda iki nəfər – bir qadın və bir yaşlı uşaq həlak olub. Daha 18 nəfər yaralanıb. Çoxmərtəbəli binalar zədələnib, avtodayanacaqda avtomobillər və anbar sahələri yanıb.
 

Odessada İdman Sarayı, mülki infrastruktur obyektləri və yaşayış binaları zədələnib. Düşmənin “Şahed” tipli dronlarından biri yaşayış binasının divarını deşib.


Sumı vilayətində hücum nəticəsində bir qadın ölüb, 7 nəfər xəsarət alıb. Onların arasında 9 yaşlı uşaq da var.

Krivoy Roqda nəqliyyat və şəhər infrastruktur obyektləri, bir müəssisə, təhsil müəssisəsi, təxminən 10 çoxmənzilli bina, fərdi yaşayış evləri, biznes obyektləri və qarajlar zədələnib. Üç nəfər yaralanıb.

Kremençuq şəhərində hücum nəticəsində Dnepr çayı üzərindəki körpü zədələnib. Körpüdə hərəkət müvəqqəti olaraq dayandırılıb.








Bizim.Media

Seçilən
1
39
bizim.media

10Mənbələr