Rusiyanın Kiyevə hücumu nəticəsində Ukraynanın paytaxtında Nazirlər Kabinetinin binası yanır. Dron qalıqlarının düşməsi səbəbindən Ukraynanın Nazirlər Kabinetinin binasında yanğın baş verib.
Kiyev meri Vitali Kliçko Peçersk vilayətində pilotsuz uçan aparatın vurulmasından sonra hökumət binasında yanğının baş verdiyini açıqlayıb.
“Peçora rayonunda, ehtimal ki, pilotsuz uçuş aparatının vurulması nəticəsində hökumət binasında yanğın baş verib. Yanğınsöndürənlər hadisə yerində işləyirlər”, – deyə Kliçko yazıb.
Kliçkonun sözlərinə görə, Kiyevin Svyatoşin rayonunda da anbar binalarında yanğın var. Orada da fövqəladə xidmətlər çalışırlar.
Ukraynanın baş naziri Yuliya Sviridenko isə bildirib ki, “müharibədə ilk dəfə olaraq Ukraynanın əsas hökumət binası düşmən hücumu nəticəsində zədələnib”. O əlavə edib ki, yanğınsöndürənlər binadakı yanğını söndürmək üçün işləyirlər.
Xatırladaq ki, gecə ərzində Rusiya Ukrayna ərazisinə daha bir genişmiqyaslı hava hücumu həyata keçirib. Hədəf Kiyev, Odessa, Dnepr, Zaporojye və Krivoy Roq olub.
TAHİR