AZ

Azərbaycanda bu gecə “Qanlı Ay” müşahidə olunacaq

Sentyabrın 7-dən 8-nə keçən gecə Azərbaycan ərazisində tam Ay tutulması - el arasında “Qanlı Ay” adlandırılan astronomik hadisə müşahidə olunacaq.

Publika.az bildirir ki, bu barədə Azərtac-a Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aytac İskəndərova məlumat verib.

Onun sözlərinə görə, tutulma prosesi saat 19:28-də Ayın Yer yarımkölgəsinə daxil olması ilə başlayacaq. Saat 21:30-da isə Ay tam tutulma mərhələsinə keçəcək.

“Tutulmanın maksimum mərhələsi saat 22:11-də baş verəcək. Bu zaman Ay səma cisimləri arasındakı işıq sönməsi səbəbilə qırmızımtıl rəngdə görünəcək. Tam tutulma mərhələsi 22:52-yə qədər davam edəcək. Ay tutulması prosesi bütövlükdə saat 00:55-də, Ayın yarımkölgədən çıxması ilə sona çatacaq. Ümumilikdə, tutulma təxminən 5 saat davam edəcək”, - deyə A.İskəndərova qeyd edib.

Seçilən
3
8
publika.az

10Mənbələr