AZ

Alimlər yeni virus aşkarlayıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Alimlər Avstraliyada yeni "Salt Gully" virusunu aşkar ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Yeni patogen uçan tülkülərdə aşkar edilib və yarasalar vasitəsilə yayıla bilir. Qeyd olunur ki, virus ilk dəfə 2011-ci ildə yarasa növündə tapılıb, bu isə onun 10 ildən artıq müddət ərzində təzahür etmədiyini və digər heyvanlara və ya insanlara keçmədiyini göstərir.
Buna baxmayaraq, alimlər ehtiyatlı olmağı tövsiyə edirlər, çünki "Salt Gully" virusu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "prioritet patogenlər" hesab olunan "Nipah" və "Hendra" xəstəliklərinin qohumudur.
Seçilən
10
48
oxu.az

10Mənbələr