AZ

Fənərbağça azarkeşlərinə BƏD XƏBƏR Yeni transfer uzun müddət yaşıl meydanlardan kənar qalacaq

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Fənərbağça"nın zədəli futbolçusu Edson Alvaresin durumuna aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, 27 yaşlı oyunçu üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, meksikalı yarımmüdafiəçi Yaponiya ilə keçirilən yoldaşlıq görüşünün (0:0) ilk hissəsində zədə alaraq oyunu yarımçıq tərk etmişdi.

Qeyd edək ki, müqavilə ilə "Vest Hem"ə məxsus olan Alvares "Fənərbağça"da birillik icarə əsasında çıxış edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
oxu.az

10Mənbələr