ABŞ prezidenti Donald Tramp yenidən qalmaqallı açıqlama ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Tramp sosial şəbəkədə paylaşım edərək Çikaqoda baş verənlərə diqqət çəkib.
O, mesajında yazıb:
“Çikaqo tezliklə anlayacaq ki, niyə ABŞ Müdafiə Nazirliyi indi Müharibə Nazirliyi adlanır”.
Tramp paylaşımına yanğın və helikopterlərin fonunda çəkilmiş fotosunu da əlavə edib. Sitatı isə cəmiyyətin rezonansına səbəb olub:
“Sevirəm səhərlər deportasiya qoxusunu”.
ABŞ mediası qeyd edir ki, Trampın bu sözləri Çikaqoda vəziyyətin daha da gərginləşdiyinə işarə kimi qəbul olunur.
Musavat.com
