Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa kubokunun gümüş medalını qazanıb.
Operativ Media xəbər verir ki, yığma finalda Niderland seçməsi ilə üz-üzə gəlib.
Komandamız rəqibinə 16-21 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14), 1/4 finalda Polşanı (16:13), yarımfinalda isə İspaniyanı 17:12 üstələyib.