1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Suriyanın təhlükəsizlik qüvvələri ölkənin şərqindəki Deyr əz-Zor əyalətində İŞİD terror qruplaşmasının liderlərindən birini həbs edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Syria TV" telekanalı məlumat yayıb.
Məlumata görə, Əbu Hüseyn əl-İdari ləqəbli şəxs təşkilatın Suriyada fəaliyyət göstərən bölmələrinin maddi-texniki təminatına, eləcə də toqquşmalarda öldürülən İŞİD silahlılarının ailələrinə ödənişlərə cavabdeh olub.
Qeyd edək ki, İŞİD 2013-cü ildən Suriya və İraqda fəaliyyət göstərirlər.