AZ

Suriyada İŞİD liderlərindən biri həbs edilib

Suriya təhlükəsizlik qüvvələri ölkənin şərqindəki Deyr əz-Zor əyalətində İraq-Şam İslam Dövlətinin (İŞİD) liderlərindən birini həbs edib.

Teleqraf xəbər verir ki, bu barədə Suriya mətbuatı məlumat yayıb .

Bildirilir ki, Əbu Hüseyn əl-İdari ləqəbli terrorçu təşkilatın Suriyada fəaliyyət göstərən hücrələrinin maddi-texniki təminatına, həmçinin toqquşmalarda öldürülən İŞİD yaraqlılarının arvadlarına nağd ödənişlərə cavabdeh olub.

Avqustun 22-də İŞİD yaraqlıları Deyr əz-Zor vilayətinin şərqindəki nəzarət-buraxılış məntəqəsində terror aktı törədib və nəticədə təhlükəsizlik xidmətinin zabiti həlak olub.

İŞİD yaraqlıları 2013-cü ildən Suriya və İraqda fəaliyyət göstərir. 2015-ci ilin ortalarında İŞİD Suriya ərazisinin təxminən 70%-nə nəzarət edirdi.
Seçilən
1
5
sherg.az

10Mənbələr