Ajans.az xəbər verir ki, bu barədə Suriya mətbuatı məlumat yayıb . Bildirilir ki, Əbu Hüseyn əl-İdari ləqəbli terrorçu təşkilatın Suriyada fəaliyyət göstərən hücrələrinin maddi-texniki təminatına, həmçinin toqquşmalarda öldürülən İŞİD yaraqlılarının arvadlarına nağd ödənişlərə cavabdeh olub. Avqustun 22-də İŞİD yaraqlıları Deyr əz-Zor vilayətinin şərqindəki nəzarət-buraxılış məntəqəsində terror aktı törədib və nəticədə təhlükəsizlik xidmətinin zabiti həlak olub.

İŞİD yaraqlıları 2013-cü ildən Suriya və İraqda fəaliyyət göstərir. 2015-ci ilin ortalarında İŞİD Suriya ərazisinin təxminən 70%-nə nəzarət edirdi.