Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsinin baş verməsinin anbaan görüntüləri yayılıb.
Qeyd edək ki, bu gün Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində dəhşətli yol qəzası baş verib.
Hadisə nəticəsində qəzaya səbəb olan “KamAZ” markalı yük avtomobilinin sürücüsü, 1976-cı il təvəllüdlü Vahid Vaqif oğlu Əbdülov, “Changan” markalı minik avtomobilinin sərnişini, 1982-ci il təvəllüdlü Abdulla Əkrəm oğlu Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər.
Hadisə nəticəsində xəsarət alan “Changan” markalı minik avtomobilinin sürücüsü, 1978-ci il təvəllüdlü Yusif İbrahim oğlu İbrahimov isə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq, Y.İbrahimov Kliniki Tibbi Mərkəzdə vəfat edib.