AZ

İzmirdə polis bölməsinə silahlı hücum olub, 2 polis ölüb, 6 yaralı var - YENİLƏNİB-3

Türkiyədə polis bölməsinə silahlı hücum edən 16 yaşlı oğlan reanimasiyadadır.

APA-nın Türkiyə bürosu xəbər verir ki, yerli medianın məlumatına görə, bu gün səhər saatlarında 2 polisin şəhid olduğu, 6 nəfərin yaralandığı silahlı hücumu törədən şəxsin ölüm xəbəri təkzib edilib.

***

13:00

Türkiyədə polis bölməsinə silahlı hücum edən 16 yaşlı oğlan xəstəxanada ölüb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb.

***

11:44

İzmirdə polis məntəqəsinə silahlı hücum edən şəxs saxlanılıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat paylaşıb.

Nazir bildirib ki, İzmirdə 2 polisin şəhid olduğu, 2 polisin yaralandığı silahlı hücumun şübhəlisi E.B. (16 yaş) tutulub.

***

11:27

İzmirdə polis bölməsinə silahlı hücum nəticəsində yaralananların sayı artıb.

APA bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Belə ki, yaralananların sayının 6 olduğu məlum olub. İki polis isə ölüb.

Yaralılar arasında mülki vətəndaşların olduğu bildirilir, onlardan bəzilərinin vəziyyəti ağırdır.

***

10:51

İzmirdə polis bölməsinə silahlı hücum olub, ölənlər var.

APA NTV-yə istinadən xəbər verir ki, 16 yaşlı şəxs tüfənglə polisləri güllələyib.

Hadisə nəticəsində 2 polis həlak olub, bir polis yaralanıb.

İzmirdə Türkiyədə
Seçilən
12
9
apa.az

10Mənbələr