İzmirdəki silahlı hücumla bağlı İran vətəndaşı saxlanılıb...
APA-nın Türkiyə bürosu yerli mediaya istinadən xəbər verir ki, İzmirdə iki polisi qətlə yetirməkdə şübhəli bilinən Xaleq Nuriborocərdi Esenyurtda saxlanılıb.
***
Türkiyədə polis bölməsinə silahlı hücum edən 16 yaşlı oğlan reanimasiyadadır.
APA-nın Türkiyə bürosu xəbər verir ki, yerli medianın məlumatına görə, bu gün səhər saatlarında 2 polisin şəhid olduğu, 6 nəfərin yaralandığı silahlı hücumu törədən şəxsin ölüm xəbəri təkzib edilib.
***
Türkiyədə polis bölməsinə silahlı hücum edən 16 yaşlı oğlan xəstəxanada ölüb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb.
***
İzmirdə polis məntəqəsinə silahlı hücum edən şəxs saxlanılıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat paylaşıb.
Nazir bildirib ki, İzmirdə 2 polisin şəhid olduğu, 2 polisin yaralandığı silahlı hücumun şübhəlisi E.B. (16 yaş) tutulub.
***
İzmirdə polis bölməsinə silahlı hücum nəticəsində yaralananların sayı artıb.
APA bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Belə ki, yaralananların sayının 6 olduğu məlum olub. İki polis isə ölüb.
Yaralılar arasında mülki vətəndaşların olduğu bildirilir, onlardan bəzilərinin vəziyyəti ağırdır.
***
İzmirdə polis bölməsinə silahlı hücum olub, ölənlər var.
APA NTV-yə istinadən xəbər verir ki, 16 yaşlı şəxs tüfənglə polisləri güllələyib.
Hadisə nəticəsində 2 polis həlak olub, bir polis yaralanıb.
Poliqon.info