AZ

Suriya Prezidenti Əş Şara diplomu həyat yoldaşına özü təqdim etdi

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Suriya Prezidenti Əhməd Əş-Şara, İdlib Universitetində keçirilən məzuniyyət mərasimində həyat yoldaşı, ölkənin birinci xanımı Latifa əl-Droubiyə diplomunu şəxsən təqdim edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, dünən keçirilən mərasimdə Sənət və Humanitar Elmlər Fakültəsinin məzunları diplomlarını alıblar. Prezident Əş-Şara isə Ərəb dili ixtisasını bitirən həyat yoldaşı Latifa əl-Droubi-yə diplomunu təqdim edərək diqqətləri üzərinə çəkib.

"Qələbə və Qurtuluş" sinfinin 2029 məzunundan biri olan Latifa əl-Droubi mərasimdə çıxış edərək tələbə yoldaşlarını təbrik edib. Prezident Əş-Şara və onu müşayiət edən heyət isə bütün məzunları uğurları münasibətilə təbrik edib.

Beləliklə, İdlib Universitetində keçirilən mərasim həm siyasi, həm də simvolik baxımdan önəmli bir an kimi tarixə düşüb.Lalə Qüdrətova

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
4
news.milli.az

5Mənbələr