AZ

Suriya Prezidenti diplomu həyat yoldaşına özü təqdim etdi

Suriya Prezidenti Əhməd Əş-Şaraa İdlib Universitetində keçirilən məzuniyyət mərasimində həyat yoldaşı, ölkənin birinci xanımı Latifa əl-Droubiyə diplomunu şəxsən təqdim edib.

Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, dünən keçirilən mərasimdə Sənət və Humanitar Elmlər Fakültəsinin məzunları diplomlarını alıblar.

Prezident Əş-Şaraa isə Ərəb dili ixtisasını bitirən həyat yoldaşı Latifa əl-Droubiyə diplomunu təqdim edərək diqqətləri üzərinə çəkib.

"Qələbə və Qurtuluş" sinfinin 2029 məzunundan biri olan Latifa əl-Droubi mərasimdə çıxış edərək tələbə yoldaşlarını təbrik edib. Prezident Əş-Şaraa və onu müşayiət edən heyət isə bütün məzunları uğurları münasibətilə təbrik edib.

Seçilən
8
4
demokrat.az

5Mənbələr