AZ

KİV: Pakistan Ermənistanı dövlət kimi BMT-də tanıyacaq

BAKI, 9 sentyabr. TELEQRAF

Pakistan Ermənistanı BMT-nin üzvü kimi tanımaq niyyətindədir və bunun qarşılığındaAvrasiya İqtisadi Birliyinə (Aİİ) qoşulmaq imkanı əldə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "TASS" mənbələrinə istinadən məlumat verilib.

Agentliyin BMT-dəki həmsöhbətlərindən biri qeyd edib ki, Pakistan bu addımın qarşılığında Aİİ-yə qoşulmaq məsələsində konsensus əldə etməyi düşünür.

Digər diplomatik mənbə qeyd edib ki, müvafiq prosedurlar bir neçə həftədən bir neçə aya qədər çəkə bilər.

Mənbə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bu məsələdə heç bir maneə yaratmadığını da vurğulayıb.

Bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya tərəfi Ermənistan və Pakistan arasında təmasların bərpasını alqışlayır və bunu “irəli addım” adlandırır.

Avqustun 31-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və pakistanlı həmkarı İshaq Dar Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər. Danışıqlardan sonra iki ölkənin xarici işlər nazirləri diplomatik əlaqələrin qurulmasına dair kommünike imzalayıblar.

Pakistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb.Üstəlik, uzun illərdir ki, Ermənistanın milli təhlükəsizlik doktrinasında Pakistan milli təhlükəsizliyə təhdid hesab olunur.

Avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh sazişini paraflayıb, bundan sonra tərəflər regionda sülhün bərqərar olduğunu bəyan ediblər.

Seçilən
44
6
teleqraf.com

10Mənbələr