AZ

Pakistan BMT-də ErmənistanıDÖVLƏT KİMİ TANIYACAQ

Pakistan Ermənistanı BMT-nin üzvü kimi tanımaq niyyətindədir və bunun qarşılığında Avrasiya İqtisadi Birliyinə (Aİİ) qoşulmaq imkanı əldə edəcək.

 

Bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.

 

"Pakistan həqiqətən bunu etməyi və qarşılıqlı addım kimi - Aİİ-yə daxil olmaq məsələsində konsensus əldə etməyi planlaşdırır", - deyə məlumatda bildirilib.

 

Digər diplomatik mənbə qeyd edib ki, müvafiq prosedurlar bir neçə həftədən bir neçə aya qədər çəkə bilər.

 

O, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bu məsələdə heç bir maneə yaratmadığını da vurğulayıb.

 

Qeyd edək ki, bundan öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və pakistanlı həmkarı İshaq Dar Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər. Danışıqlardan sonra iki ölkənin xarici işlər nazirləri diplomatik əlaqələrin qurulmasına dair kommünike imzalayıblar.

Seçilən
32
7
senzor.az

10Mənbələr