AZ

İzmirdəki hadisəyə görə saxlanılanların sayı artdı



Dünən Türkiyənin İzmir şəhərində polis bölməsinə edilən silahlı hücumla bağlı saxlanılanların sayı 27-yə çatıb.

aia.az xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.

Hadisə ilə bağlı araşdırma davam edir. Daha əvvəlki məlumatda 9 nəfərin saxlanıldığı deyilirdi.

Xatırladaq ki, sentyabrın 8-də İzmirin Balçova bölgəsində polis bölməsinə silahlı basqın edilib. Nəticədə 2 polis həlak olub, ikisi polis olmaqla daha 3 nəfər isə yaralanıb. Hadisəni törədən 16 yaşlı E.B. adlı şəxs isə yaralı halda saxlanılıb.

aia.az



Seçilən
10
3
aia.az

4Mənbələr