Dünən Türkiyənin İzmir şəhərində polis bölməsinə edilən silahlı hücumla bağlı saxlanılanların sayı 27-yə çatıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.
Hadisə ilə bağlı araşdırma davam edir. Daha əvvəlki məlumatda 9 nəfərin saxlanıldığı deyilirdi.
Xatırladaq ki, sentyabrın 8-də İzmirin Balçova bölgəsində polis bölməsinə silahlı basqın edilib. Nəticədə 2 polis həlak olub, ikisi polis olmaqla daha 3 nəfər isə yaralanıb. Hadisəni törədən 16 yaşlı E.B. adlı şəxs isə yaralı halda saxlanılıb.
"Cebheinfo.az"