AZ

SİMA Rəqəmsal Həllər Platforması yeni mərhələyə qədəm qoyur

AzInTelecom-un təqdim etdiyi SİMA Rəqəmsal Həllər Platforması ölkədə rəqəmsal identifikasiya və xidmətlərin göstərilməsi sahəsində yeni imkanlar açır. 

Bakıvaxtı.az xəbər verir ki, "AzInTelecom-un tədbirləri medianın gözü ilə" tədbirində məlumat verilib.

Bildirilib ki, 2022-ci ildən vətəndaş, fərdi sahibkar və hüquqi şəxslər üçün həllər təqdim edən platforma 2023-cü ildə elektron imzaya ehtiyac olmadan rəqəmsal identifikasiya imkanı ilə uğur əldə edib.

Qeyd edilib ki, 2024-cü ildə  SİMA Pay və SİMA Təlim vasitəsilə ödənişlər və texnoloji təkmilləşmə mərhələsi həyata keçirilib.

Qeyd edilib ki, layihənin əsas məqsədi dövlət qurumları və bizneslər üçün daha sürətli, etibarlı və rahat rəqəmsal xidmətlər təmin etməkdir.

Əli Hüseynov

Seçilən
8
1
bakivaxti.az

2Mənbələr