ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzInTelecom-un təqdim etdiyi SİMA Rəqəmsal Həllər Platforması ölkədə rəqəmsal identifikasiya və xidmətlərin göstərilməsi sahəsində yeni imkanlar açır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "AzInTelecom-un rəqəmsal xidmətləri medianın gözü ilə" tədbirində məlumat verilib.
Bildirilib ki, 2022-ci ildən vətəndaş, fərdi sahibkar və hüquqi şəxslər üçün həllər təqdim edən platforma 2023-cü ildə elektron imzaya ehtiyac olmadan rəqəmsal identifikasiya imkanı ilə uğur əldə edib.
Məlumata görə, 2024-cü ildə SİMA Pay və SİMA Təlim vasitəsilə ödənişlər və texnoloji təkmilləşmə mərhələsi həyata keçirilib.
Qeyd edilib ki, layihənin əsas məqsədi dövlət qurumları və bizneslər üçün daha sürətli, etibarlı və rahat rəqəmsal xidmətlər təmin etməkdir.
Əli Hüseynov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.