Azərbaycanın daha bir boksçusu Liverpulda təşkil olunan dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.
BAKU.WS Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Alfonso Dominqesin (90 kq) ardınca Səidcəmşid Cəfərov (75 kq) da bu hüquqa yiyələnib.
O, 1/8 finalda Dayqo Sunaqa (Yaponiya) ilə üz-üzə gəlib. Boksçumuz hər 3 raundu aktivinə yazıb. Milli üzvü döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27) hesabı ilə xeyrinə bitirib.
Cəfərov 1/4 finalda Pavlo İlliuşa (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Azərbaycanın daha 3 boksçu 1/8 final döyüşünə çıxacaq.