AZ

Azərbaycanın daha bir boksçusu 1/4 finala yüksəldi

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanın daha bir boksçusu Liverpulda təşkil olunan dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, məlumatı Boks Federasiyasının mətbuat xidməti yayıb. 

Alfonso Dominqesin (90 kq) ardınca Səidcəmşid Cəfərov (75 kq) da bu hüquqa yiyələnib.

O, 1/8 finalda Dayqo Sunaqa (Yaponiya) ilə üz-üzə gəlib. Boksçumuz hər 3 raundu aktivinə yazıb. Milli üzvü döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27) hesabı ilə xeyrinə bitirib.

Cəfərov 1/4 finalda Pavlo İlliuşa (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.

Azərbaycanın daha 3 boksçu 1/8 final döyüşünə çıxacaq.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
14
fanat.az

10Mənbələr