Bakı. Trend:
Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi vəsahibkarların maraqlarının müdafiəsi haqqında” AzərbaycanRespublikasının Qanununa əsasən, planlı və plandankənar yoxlamalarzamanı özəl tibb müəssisələrinin sənədləri araşdırılır və qeydəalınır.
Trend xəbər verir ki, bu barədə 93 FM dalğasında yayımlanan“Sağlam radio”nun efirində Səhiyyə Nazirliyi Analitik EkspertizaMərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova danışıb.
Onun sözlərinə görə, özəl tibb müəssisələrinin rəhbərləri tibbheyəti ilə mütləq əmək müqaviləsi bağlamalıdırlar:
"Lakin yoxlamalarda məlum olur ki, bəzi müəssisələr müqaviləsizəməkdaşlıq edir. Yoxlamalarda müəssisənin tibbi personalına dairşəxsi işlər araşdırılır. Əmək müqaviləsi bağlanmış şəxslərinməlumatları Səhiyyə Nazirliyinin Tibb işçilərinin reyestrindəyoxlanılır. Bəzən işçilərin diplomu, sertifikasiyasının olmaması vəya müddətinin bitdiyi aşkarlanır. Əgər müqavilə yoxdursa,pasiyentin sənədləri, qeydiyyat vərəqələri yoxlanılır. Pasiyentətətbiq edilmiş bütün müayinələr, analizlər və müalicələr qeydolunmalıdır. Qeydiyyatsız şəxslər aşkar edilərsə, reyestrvasitəsilə araşdırma aparılır".
T.Həsənova bildirib ki, vətəndaşlar, dövlət orqanları və yamedia tərəfindən edilən əsaslı müraciətlər nəticəsində faktlaryoxlanılır:
"Qanun pozuntusu aşkarlandıqda İnzibati Xətalar Məcəlləsinin(İXM) 215.1-ci maddəsinə görə:
Sertifikatsız və ya təhsilsiz şəxslər tərəfindən tibb fəaliyyəti:Fiziki şəxslər 300-500 manat, vəzifəlilər 800-1000 manat, hüquqişəxslər 6000-8000 manat məbləğində cərimə tətbiq edilir.
İXM-in 215.4-cü maddəsinə görə:
Belə şəxslərin fəaliyyətinə icazə verilməsi: vəzifəlilər 800-1000manat, hüquqi şəxslər 6000-8000 manat məbləğində cərimə tətbiqedilir".