Bu gündən etibarən Gəncə şəhərindən Kəlbəcər rayonuna ilk müntəzəm avtobus reysi açılıb.
"Cebheinfo.az" “Qafqazinfo” -ya istinadən xəbər verir ki, ilk avtobus reysi Gəncə Beynalxalq Avtovağzalından yola düşüb.
Sərnişin avtobusu Goranboy-Naftalan-Suqovuşan- Ağdərə istiqamətindən hərəkət edəcək. Reys hər gün 08-30-dan Gəncə şəhərindən Kəlbəcərə gedəcək.
"Cebheinfo.az"