Gəncə şəhərindən Kəlbəcərə ilk avtobus reysi açılıb.
Ölkə.az-ın məlumatına görə, bu gündən etibarən Gəncə şəhərindən Kəlbəcər rayonuna ilk müntəzəm avtobus reysi açılıb.
Bu istiqamətdə ilk avtobus Gəncə Beynəlxalq Avtovağzalından yola düşüb.
Sərnişin avtobusu Goranboy-Naftalan-Suqovuşan-Ağdərə istiqamətindən hərəkət edərək Kəlbəcərə çatacaq.
Qeyd edək ki, bu reys üzrə avtobus hər gün 08:30-da Gəncədən Kəlbəcərə doğru hərəkət edəcək.