AZ

10 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşdi

Bakı. Trend:

Azərbaycanda 10 marşrut üzrə keçirilən müsabiqələrin qaliblərimüəyyən edilib.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiyanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadənxəbər verir.

Bildirilib ki, Gəncə-Qazax, Qurbanzadə kəndi (Goranboy) - Gəncə(Avtovağzal), Qaramusalı kəndi (Goranboy) - Gəncə (Avtovağzal),Qapanlı kəndi (Şəmkir) - Gəncə (Avtovağzal), Yalqışlaq kəndi(Göygöl) - Gəncə (Bağbanlar küçəsi), Qırıqlı kəndi (Göygöl) - Gəncə(Avtovağzal), Ağlavaşlı kəndi (Şəmkir) - Gəncə (Dəmiryolu vağzalı),Ziyadlı kəndi (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Qaradağlı kəndi(Goranboy) - Gəncə (Avtovağzal), Hacıalı kəndi (Samux) - Gəncə(Dəmiryolu vağzalı) şəhərlərarası avtobus marşrutları üzrəmüsabiqələrin qalibləri müəyyən edilib.

"Gəncə-Qazax" marşrutları üzrə fiziki şəxslər Kərimov NəbiElbəyi oğlu və Əhmədov Elçin İsmit oğlu, Qurbanzadə kəndi(Goranboy) – Gəncə (Avtovağzal) və Yalqışlaq kəndi (Göygöl) – Gəncə(Bağbanlar küçəsi) marşrutları üzrə hüquqi şəxs "Simurq Kompani"MMC, Qaramusalı kəndi (Goranboy) – Gəncə (Avtovağzal) və Hacıalıkəndi (Samux) – Gəncə (Dəmiryolu vağzalı) marşrutları üzrə hüquqişəxs "Kamil Avtonəqliyyat" MMC, Qapanlı kəndi (Şəmkir) – Gəncə(Avtovağzal) marşrutu üzrə hüquqi şəxs "Fazil-20" MMC, Qırıqlıkəndi (Göygöl) – Gəncə (Avtovağzal) və Ağlavaşlı kəndi (Şəmkir) –Gəncə (Dəmiryolu vağzalı) marşrutları üzrə hüquqi şəxs "Danyarlı"şirkəti, Ziyadlı kəndi (Samux) – Gəncə (Dəmiryolu vağzalı) marşrutuüzrə hüquqi şəxs "Nəqliyyat 1" MMC, Qaradağlı kəndi (Goranboy) –Gəncə (Avtovağzal) marşrutu üzrə hüquqi şəxs "Mələyim" MMC qalibelan olunublar.

Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyintələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydadamüsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsindəgöstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığınınartırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığıntəmin olunmasıdır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, NazirlərKabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilətəsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

Seçilən
25
10
az.trend.az

10Mənbələr