Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Fransa və Almaniya Rusiya neft şirkəti LUKOİL və onun törəmə müəssisəsi Litasco-ya qarşı sanksiyaların tətbiqini təklif ediblər. Bu addım Avropa İttifaqının (Aİ) yeni – 19-cu sanksiyalar paketinə daxil edilə bilər.Bizim.Media xəbər verir ki, məlumatı Agence France-Presse (AFP) diplomatik mənbələrə istinadla yayıb.Mənbələrin bildirdiyinə görə, hədəfə əsasən Rusiya neftinin Aİ-yə ixracında iştirak edən üçüncü ölkələrdəki neft emalı zavodları, eləcə də Rusiya xammalı ilə işləyən ticarət şirkətləri düşə bilər.Bundan əlavə, Fransa və Almaniya Mərkəzi Asiyadakı çoxsaylı banklara və kriptovalyuta birjalarına qarşı da sanksiyaların sərtləşdirilməsini təklif ediblər.Aİ rəsmiləri isə qeyd ediblər ki, yeni sanksiya paketinin müzakirəsi hələ ilkin mərhələdədir.
Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.