AZ

Onlar da polisin vəzifələrini icra edəcək

Daxili qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyəti zamanı daxili qoşunlara polis orqanlarının əməkdaşlarının vəzifələri həvalə edildikdə, onlara "Polis haqqında" qanunla müəyyən edilmiş polis əməkdaşının vəzifələri şamil olunacaq.

Publika.az xəbər verir ki, bu, yeni hazırlanan "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsində öz əksini tapıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyası üzrə bu gün keçirilən ilk iclasında müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, daxili qoşunlar fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət orqanları (qurumları) tərəfindən mühafizə olunan obyektlərin mühafizəsində, mühafizə etdikləri obyektə basqının dəf edilməsi, habelə həmin obyektin ərazisinə qanunsuz daxil olmuş şəxslərin axtarılması və tutulmasında iştirak edəcək.

Bundan əlavə, layihəyə əsasən, daxili qoşunlar bir sıra hallarda vəzifələrinin icrasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) qarşılıqlı əlaqədə həyata keçirəcəklər.

Seçilən
65
1
publika.az

4Mənbələr