AZ

Polisin vəzifələri onlara həvalə ediləcək

BAKI, 9 sentyabr. TELEQRAF

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində "Daxili qoşunları haqqında" qanun layihəsi müzakirə edilir.

Teleqraf xəbər verir ki, komitəyə daxil olan layihəyə əsasən Daxili qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyəti zamanı daxili qoşunlara polis orqanlarının əməkdaşlarının vəzifələri həvalə edildikdə, onlara "Polis haqqında" qanunla müəyyən edilmiş polis əməkdaşının vəzifələri şamil olunacaq.

Qanun layihəsinə əsasən, daxili qoşunlar fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət orqanları (qurumları) tərəfindən mühafizə olunan obyektlərin mühafizəsində, mühafizə etdikləri obyektə basqının dəf edilməsi, habelə həmin obyektin ərazisinə qanunsuz daxil olmuş şəxslərin axtarılması və tutulmasında iştirak edəcək.

Həmçinin daxili qoşunlar bir sıra hallarda vəzifələrinin icrasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) qarşılıqlı əlaqədə həyata keçirəcəklər.

Seçilən
76
1
teleqraf.com

4Mənbələr