AZ

Nepaldakı iğtişaşlarda ölənlər arasında azərbaycanlılar var?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Nepalda keçirilən etiraz aksiyaları zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə hər hansı məlumat daxil olmayıb".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətindən məlumat verilib.
Xatırladaq ki, Katmanduda parlament binası yaxınlığında, hökumətin ötən həftə ölkədə sosial şəbəkələrin və mesencerlərin fəaliyyətinin məhdudlaşdırılmasına, habelə korrupsiyaya qarşı elan etdiyi qərara etiraz edən minlərlə nümayişçinin iştirakı ilə "Z nəslinin inqilabı" adlı aksiya keçirilir.
Hökumətin sosial media platformalarına qoyulan qadağanı aradan qaldırdığını elan etməsinə baxmayaraq, etirazlar ikinci gündür davam edir. Nümayişçilər bazar ertəsi 20 nəfərin öldürülməsindən və 250-dən çox insanın yaralanmasından sonra Nepalın baş naziri Khadma Prasad Şarma Olinin istefasını və hökumətin istefasını tələb ediblər.
Nepalın baş naziri Khadma Prasad Şarma Oli hökumətin sosial media qadağası ilə bağlı etirazların şiddətlənməsi fonunda istefa verib.
Əzizə İsmayılova
Seçilən
36
42
oxu.az

10Mənbələr