Rusiyanın Krasnodar diyarında və Adıgeydə 4,5 bal gücündə zəlzələ olub.
Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təkanlar yerin 10 km dərinliyində, Maykopdan 44 km, Abşeronskdan isə 11 km cənub-qərbdə baş verib.
Zəlzələnin Maykopda güclü hiss olunduğu bildirilib.