AZ

Gəncədə "Hyundai" piyadaları vurub başqa maşına çırpıldı: Səkkiz yaralı var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərzisində qeydə alınıb.
1996-cı il təvəllüdlü Sərxan Məmmədzadə "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan piyadalar - 1968-ci il təvəllüdlü Sevinc Əsgərova, 2006-cı il təvəllüdlü Xədicə Əliyeva və 1979-cu il təvəllüdlü Pərvanə Zeynalovanı vurub. Daha sonra avtomobil qarşı hərəkət zolağına çıxaraq "Chevrolet" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində 1996-cı il təvəllüdlü sürücü S.Məmmədzadə, 1968-ci il təvəllüdlü Rəna Həsənova, "Chevrolet" markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Ruslan Həsənov, avtomobildə olan sərnişinlər - 1989-cu il təvəllüdlü Gülrux Qurbanova və 1958-ci il təvəllüdlü Ramidə Abbasova da xəsarət alıblar.
Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstəriləndən sonra ambulator müalicə məqsədilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli
Seçilən
32
37
oxu.az

10Mənbələr