AZ

Almaniyanın Zolingen şəhərinin yubiley tədbirində 3 nəfəri qətlə yetirən və 8 ni yaralayan şəxs ömürlük azadlıqdan məhrum olunub

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Berlin, 10 sentyabr, AZƏRTAC

Almaniyada məhkəmə Zolingen şəhərində bıçaqlı hücum törədən şəxslə bağlı hökm çıxarıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bıçaqlı hücumu törədən suriyalı İssa Al Hassan Düsseldorf Ali Regional Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xatırladaq ki, 2023-cü ilin yayında Zolingen şəhərinin 650 illik yubileyi münasibətilə keçirilən “Müxtəliflik festivalı”nda iştirakçılara bıçaqlı hücum nəticəsində 3 nəfər həlak olub, 8-i xəsarət alıb. Bu qanlı hadisə ölkə daxilində, həm də beynəlxalq ictimaiyyət arasında böyük rezonans doğurub, təhlükəsizlik tədbirlərinin və ekstremizmə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı müzakirələri gündəmə gətirib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
2
azertag.az

3Mənbələr