Almaniyada məhkəmə Zolingen şəhərində bıçaqlı hücum törədən şəxslə bağlı hökm çıxarıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bıçaqlı hücumu törədən suriyalı İssa Al Hassan Düsseldorf Ali Regional Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Xatırladaq ki, 2023-cü ilin yayında Zolingen şəhərinin 650 illik yubileyi münasibətilə keçirilən “Müxtəliflik festivalı”nda iştirakçılara bıçaqlı hücum nəticəsində 3 nəfər həlak olub, 8-i xəsarət alıb. Bu qanlı hadisə ölkə daxilində, həm də beynəlxalq ictimaiyyət arasında böyük rezonans doğurub, təhlükəsizlik tədbirlərinin və ekstremizmə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı müzakirələri gündəmə gətirib.