AZ

"Dövlət sektorunda iş yerlərinin bağlanmasını yaxşı hal hesab etmirəm" - Komitə sədri

"Ölkəmizdə bu ilin birinci yarısında iqtisadi fəal əhalinin sayı 5 milyon 355 min 400 nəfər təşkil edib. Məşğul əhalinin sayı 5 milyon 74 min 200 nəfər, muzdlu işçilərin sayı 1 milyon 770 min nəfər olub. Bu rəqəm bizi narahat etməlidir".

"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

"Çünki muzdlu işçilər məşğul əhalinin 35 faizini təşkil edir. Bu rəqəm aşağıdır. Nə qədər ki, bu rəqəm aşağıdır, bizim həmişə pensiya təminatında, vergilərdə, sosial sığortanın yığılmasında problemlərimiz olacaq", - dyə komitə sədri bildirib.

M.Quliyev qeyd edib ki, bu ilin birinci yarımilində yeni açılan iş yerlərinin sayı 48,9 min olub. Onun sözlərinə görə, bunlardan 92,1% qeyri-dövlət sektorunda açılıb:

"Bu, yaxşı göstəricidir. Bağlanan iş yerlərinin sayı isə 4,3 min (54,3% qeyri- dövlət sektoru) olub. Dövlət sektorunda iş yerlərinin bağlanmasının qəti tərəfdarı deyiləm. Bəziləri deyirlər ki, dövlətin yükünü azaltmaqdır. Dövlətin sosial məsuliyyətində biri də vətəndaşı iş yeri ilə təmin etməkdir. Dövlət sektorunda iş yerini niyə bağlayırıq ki? Bağlamaya ehtiyac yoxdur. Ümumiyyətlə, iş yerlərinin bağlanmasının tərəfdarı deyiləm. Xüsusilə, dövlət sektorunda iş yerlərinin bağlanmasını yaxşı hal hesab etmirəm".

Anar Kəlbiyev

Seçilən
8
4
unikal.az

8Mənbələr