“Dövlət sektorunda iş yerlərinin bağlanmasını yaxşı hal hesab etmirəm, bağlamaya ehtiyac yoxdur. Ümumiyyətlə, iş yerlərinin bağlanmasının tərəfdarı deyiləm”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, bu ilin birinci yarımilində yeni açılan iş yerlərinin sayı 48,9 min olub: “Onun sözlərinə görə, bunlardan 92,1% qeyri-dövlət sektorunu əhatə edir. Bu, yaxşı göstəricidir. Bağlanan iş yerlərinin sayı isə 4,3 min (54,3% qeyri- dövlət sektoru) olub. Dövlət sektorunda iş yerlərinin bağlanmasının qəti tərəfdarı deyiləm. Bəziləri deyirlər ki, bu, dövlətin yükünü azaltmaqdır. Dövlətin sosial məsuliyyətində biri də vətəndaşı iş yeri ilə təmin etməkdir. İş yerlərinin bağlanmasının tərəfdarı deyiləm. Xüsusilə, dövlət sektorunda iş yerlərinin bağlanmasını yaxşı hal hesab etmirəm".