AZ

Qusarda tələbə adını qazanmışç gənclərlə görüş keçirilib



Qusarda ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirlib.

Newscenter.az xəbər verir ki, görüşə tələbə adını qazanmış bütün gənclər dəvət olunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Azər Badamov deyib ki, 2024-2025-ci ildə Qusar rayonunun təhsil sahəsində böyük uğurlar əldə olunub.

Belə ki, universitetlərə sənəd verən abutiriyentlərin 60%-dən çoxu tələbə adını qazanıb, şagirdlər respublika fənn olimpiyadalarında yüksək nəticələr göstərərək medallar və diplomlarla təltif olunub, uzun illərdən sonra rayonda bir şagird orta məktəbi qızıl medalla bitirib və televizya müsabiqələrində yüsək yerlər tutaraq rayonun adını ucaldıb.

"Görüşdə təbriklərimizi və ürək sözlərimizi də bildirdik, təhsilin inkinişafına dövlət dəstəyi ilə bağlı fikirlərimizi ifadə etdik və sonda rayon İcra hakimiyyətinin büdcəsi hesabına qəbulda yükəsk nəticələr göstərərək tələbə adını qazananlara və olimpiadalarda yüksək nəticələr qazanmış şagirdlərə pul mükafatları və qiymətli hədiyyələr verildi. Uğurla fəaliyyət göstərən bir qrup müəllim fəxri fərman və qiymətli hədiyyələrlə təltif olundu",-deyə millət vəkili bildirib.

Süleyman
Seçilən
19
48
newscenter.az

10Mənbələr