Bəzi insanlar uşaqlıqdan rədd edilmək qorxusu ilə yaşayır. Onlar müxtəlif zamanlarda, yaşlarda qəbul edilmədiyi üçün bütün həyatı boyu rədd ediləcəyini düşünür.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki bir çox insan bunu yaşayır:
“Rədd edilmə qorxusu əsasən uşaqlıqdan, bağçadan, məktəb vaxtından və sonrakı dövrlərdə yaşanılan nüanslardan qaynaqlanır. Məktəbdə onu qəbul etmirlər, fikirlərinə hörmətlə yanaşılmır, daim kənarda qalır. Ancaq həmin şəxslər unutmamalıdır ki, insanın ən önəmli silahı özü ilə ünsiyyətdir. Yaxşı olar ki, insanlar həyatın davam etdiyi və qarşımıza başqa insanların çıxa biləcəyini unutmasın. Rədd olunanda narahat və ya məyus ola bilərik. Bu, həyatın sonu deyil. Hər kəsi sevmək məcburiyyətində deyilik, nə də hamı bizi sevə bilməz. Bunu normal qarşılamaq lazımdır”.
Sevinc