AZ

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı Video

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlı ilə kobud rəftarını əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo”nun məlumatına görə, iqtisadiyyat.az-a müraciət edən vətəndaş hadisənin “Predu” uşaq bağçasının paytaxtın Xətai rayonundakı Həzi Aslanov filialında baş verdiyini qeyd edib.

O bildirib ki, uşaq bağçasına aylıq 1144 manat ödəniş etdiyi halda övladına göstərilən xidmətdən narazıdır.

“Söhbət mənim 3 yaşlı övladımdan getmir, axı azyaşlı uşağa necə şiddət göstərmək olar?”, - deyə adını açıqlamaq istəməyən valideyn bildirib.

Bağçadan isə bildirilib ki, uşaq nevropatoloq nəzarətində olan, dərman qəbul edən və ümumi inkişaf ləngiməsi diaqnozludur. Qeyd olunub ki, görüntülərin əvvəl kadrları kəsildiyi və sürətləndirildiyi üçün bu şəkildə kobud görünür. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
8
qafqazinfo.az

9Mənbələr