AZ

Bakıda bağça qalmaqalı – Tərbiyəçidən uşağa qarşı şiddət

Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlı ilə kobud rəftarını əks etdirən görüntülər yayılıb.

News365.az-ın məlumatına görə, iqtisadiyyat.az-a müraciət edən vətəndaş hadisənin “Predu” uşaq bağçasının paytaxtın Xətai rayonundakı Həzi Aslanov filialında baş verdiyini qeyd edib.

O bildirib ki, uşaq bağçasına aylıq 1144 manat ödəniş etdiyi halda övladına göstərilən xidmətdən narazıdır.

“Söhbət mənim 3 yaşlı övladımdan getmir, axı azyaşlı uşağa necə şiddət göstərmək olar?”, – deyə adını açıqlamaq istəməyən valideyn bildirib.

Bağçadan isə bildirilib ki, uşaq nevropatoloq nəzarətində olan, dərman qəbul edən və ümumi inkişaf ləngiməsi diaqnozludur.

Seçilən
2
8
news365.az

9Mənbələr