İsrailin Baş naziri Benyamin Netanyahu 2023-cü il oktyabrın 7-də törədilmiş terror aktına görə məsuliyyət daşıyanların hamısının ölkədən çıxarılmasını və ya məsuliyyətə cəlb olunmasını tələb edib.
Missiya.Az Oxu.Az-a istinadən xəbəri verir ki, bu barədə İsrail hökumətinin saytında məlumat verilib.
"Mən Qətərə və terrorçuları gizlədən bütün ölkələrə deyirəm: ya onları çıxarın, ya da məsuliyyətə cəlb edin. Çünki bunu siz etməsəniz, biz edəcəyik", - deyə Netanyahu bildirib.
Xatırladaq ki, sentyabrın 9-da İsrail Qətərdə HƏMAS rəhbərliyinə dəqiq zərbələr endirib.