BAKI, 11 sentyabr. TELEQRAF
“Ermənistan Rusiya hərbi bazasının öz ərazisindən (Gümrü şəhəri) çıxarılması imkanını nəzərdən keçirmir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Spiker Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfər edəcəyini də açıqlayıb.
“Baş nazir Paşinyan yaxın günlərdə Rusiyaya səfər edəcək, onun Prezident Putinlə görüşü planlaşdırılır”, - Alen Simonyan bildirib.
Ermənistan baş nazirinin sentyabrın 26-30-da Moskvaya səfər edəcəyi gözlənilir.