“Ermənistan Rusiya hərbi bazasının öz ərazisindən (Gümrü şəhəri) çıxarılması imkanını nəzərdən keçirmir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Hazırda bu məsələni müzakirə etmirik, belə söhbətlərimiz olmayıb”, - o, jurnalistin Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılmasına baxılıb-baxılmaması ilə bağlı sualına cavabında qeyd edib.
Spiker Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfər edəcəyini də açıqlayıb: “Baş nazir yaxın günlərdə Rusiyaya səfər edəcək, onun Prezident Putinlə görüşü planlaşdırılır”.
Qeyd edək ki, Ermənistan baş nazirinin sentyabrın 26-30-da Moskvaya səfər edəcəyi gözlənilir.