AZ

MİQ imtahanında 41-50 bal yığan müəllimlərin maaşı ilə bağlı TƏKLİF...


Sertifikasiya imtahanından keçəndən sonra müəllimlərin motivasiyası, stimullaşdırılması ilə bağlı əməkhaqqına artımlar var. Lakin düzgün proporsional artım nəzərdə tutulmayıb.

Trend xəbər verir ki, bunu Milli Məclisin Sosisal qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

Şöbə müdiri bildirib ki, Milli Məclisə bununla bağlı çoxsaylı müraciətlər edilir:

“Yəni 31 bal yığmış müəllimlə 50 bal yığan müəllim əməkhaqqına eyni – 10% artım əldə edir. Bu, bilavasitə qanunla tənzimlənmir. Amma Elm və təhsil komitəsi Nazirlik qarşısında bu məsələni qaldırmalıdır ki, müraciətlər də səngisin. Ən azından proporsional artım olsun. Məsələn, 31-40 bal aralığında bal toplayan müəllimlər 10%, 41-50 aralığında bal toplayanların əməkhaqqına isə 20-25% artım olsun”.

Seçilən
0
8
baki-xeber.com

10Mənbələr