AZ

Müəllimlərin maaşlarına əlavələrlə bağlı təklif

“Məlumdur ki, sertifikasiya imtahanından keçəndən sonra müəllimlərin motivasiyası, stimullaşdırılması ilə bağlı əməkhaqlarına artımlar nəzərdə tutulub. Düzgün, proporsional artım nəzərdə tutulmayıb”.

FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Yəni 31 bal yığmış müəllimlə 50 bal yığan müəllim əməkhaqqına eyni - 10% artım əldə edir. Bu, bilavasitə qanunla tənzimlənmir. Amma Elm və təhsil komitəsi nazirlik qarşısında bu məsələni qaldırmalıdır ki, müraciətlər də səngisin. Ən azından proporsional artım olsun.

Məsələn, 31-40 bal aralığında bal toplayan müəllimlərin əməkhaqlarına 10%, 41-50 bal aralığında toplayanların isə əməkhaqlarına 20-25% artım olsun”, - şöbə müdiri bildirib.

Seçilən
9
8
fed.az

10Mənbələr