AZ

Culfada ağır qəzada ölən 4 polisin adları məlum oldu YENİLƏNİB

ain.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Culfada baş verən yol qəzasında həlak olanların adları məlum olub.

Adalet.az xəbər verir ki, onlar Quliyev Qüdrət Qasım oğlu, Adınsoy Uğur Emin oğlu, Abbasov Səbri Mövla oğlu və Əliyev İlham Elnur oğludur.

Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

*** 09:00

Sentyabrın 12-də saat 05 radələrində Culfa rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az xəbər verir ki, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişini hadisə yerində vəfat ediblər.

Qeyd edək ki, qəzada həyatını itirənlərin dördü də polis əməkdaşı olub.

Hadisə yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsindən baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
3
adalet.az

10Mənbələr