BAKI, 12 sentyabr. TELEQRAF
Qəbələ şəhərində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, ümumi sahəsi 189 m² olan birmərtəbəli, 5 otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 169 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan əlavə, Xaçmaz rayonunun Rəhimoba kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.